Hərəkətli Qrafik Dizayn nədir?

21-ci əsr və  2025-ci ilə rəqəmsal informasiyanın 160 zettabayta çatacağı proqnozlaşdırılan bir dünya düşünün. Hər biri tanınmaq, yadda qalmaq arzusu ilə alışıb yanan yüz minlərlə brend. Bəs dünyadakı bu informasiya sıxlığında necə boğulmamaq, diqqəti necə öz üzərinə çəkmək , necə yadda qalmaq olar?

Nəzərə alsaq ki, heç kəs vaxtının 10 saniyəsini belə reklama baxaraq keçirmək arzusunda deyil, reklamın daha tez informasiya ötürə biləcək, daha çox emosiya yaradacaq, yaddaşlarda uzunmüddətli həkk olunacaq bir üsülundan istifadəyə ehtiyac vardı. Çünki, hər hansı məhsul barədə informasiya almaq istəyən istifadəçi, həmin  məhsul haqqında onda daha tez təsəvvür yaradacaq üsulu seçir.

Çox da uzaq olmayan keçmişdə bu üsul olaraq statik dizayndan istifadə edirdik. Son illərdə, kompüterlərin də güclənməsi və müxtəlif dizayn alətlərinin təkminləşməsi,  artıq evimizdə oturaraq Hərəkətli Qrafik Dizayndan  istifadəyə şərait yaratdı.

“Motion Graphic Design/Hərəkətli Qrafik Dizayn”,- Qrafik Dizaynın prinsiplərindən istifadə etməklə animasiyaların yaradılmasıdır. Hərəkətli Dizayn animasiyalarını digər videolardan fərqləndirən əsas amil, onlarda grafik dizayn elementlərindən, statik grafiklər əvəzinə, 2D və ya  3D olmaqla, animasiya edilmiş grafiklərin istifadə olunmasıdır. Hərəkəti, mətni və səs ünsürlərini bir araya gətirərək anlatdığı hekayəni daha da yadda qalan edən  Hərəkətli Grafik Dizayndan, reklam çarxlarının, veb saytların, onlayn oyunların, televiziya proqramlarının, bədii filmlər üçün yüksək keyfiyyətli kompozisiyaların və kino-effektlərin, hətta tammetrajlı animasiya filmlərinin hazırlanmasında istifadə edilir.

 

Hərəkətli Grafik Dizayn nəyə lazımdır?

İzahedici — Hər hansı  məhsulun/xidmətin/şirkətin necə işlədiyini izah etmək. Onların üstün cəhətlərini, funksionalını və istifadə qaydasını göstərmək.


Əyləncə — Hər hansı media platforması üçün diqqət çəkici video məzmunun yaradılması. Belə hərəkətli dizayn nümunəsi minimum biznes yüklü olur. Daha kreativ yanaşma tələb edən  diqqətçəkən animasiyaların yaradılmasıdır (loop animasiyalar, cizgifilmər, animasiya edilmiş stikerlər və s.)



Qablaşdırma — Hər hansı bir məhsul/xidmət/şirkət üçün brendləşdirilmiş məzmunun yaradılmasıdır (loqo animasiyası, naxış animasiyası, brendi təyin edən müxtəlif elementlərin animasiyası və s.)





Hərəkətli dizaynın müxtəlif funksiyalarından istifadə etməklə aşağıdakılara nail ola bilrsiniz:

  • Məhsulun/xidmətin/şirkətin tanınmasını artırmaq
  • Məhsulu əldə etməyə stimullaşdırmaq
  • Məhsula olan tələbatın artırılması
  • İnternetdə məhsulunuz haqqında hansı fikirdə olduqlarını öyrənmək
  • Reklamın daha yaxşı yadda qalması
  • Media platformaları üzərindən baxış sayını artırmaq
  • Baxış vaxtının uzadılması
  • Reklamdan məhsul satılan platformaya keçid sayının artırılması
  • İstifadəçi portretinin formalaşdırılması (istifadəçiniz kimdir, cinsi nədir, neçə yaşındadır və s.)

Reklam strategiyalarına, kreativliyə gəldikdə isə, Hərəkətli Grafik Dizayn sərhəd tanımır. Göyqurşağı üzərində rəqs edərək  gün eynəklərinizi nümayiş etdirəcək təkbuynuzlu  animasiya etmək istəyirsiniz? Niyə də yox? Hər şeyə həyat verə biləcək, həyatınıza dinamika qatacaq hərəkətli qrafik dizayn daha geniş düşünməyə, ideyalarınızda yaradıcı olmağa şərait yaradır.

Bizi kompüter arxasına kilidləyən bu dövrdə ağır statistik məlumatlardan tutmuş, məhsul təqdimatları, kinetik tipoqrafika və əyləncəli loop animasiyalarla həyatımıza hərəkət qataq.

 

Teqlər